10 Fevral 2022 13:06
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkə ərazisində xarici kəşfiyyat şəbəkəsinin fəaliyyətini dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

Məlumatına görə, araşdırılan cinayət işi çərçivəsində xarici xüsusi xidmət orqanlarının əməkdaşlarının sosial şəbəkələr vasitəsilə Ermənistan Silahlı Qüvvələrinin bölmələrində agent şəbəkəsi yaratdıqlarına dair sübutlar əldə edilib.

İddiaya görə, maliyyə müqabilində Ermənistan Silahlı Qüvvələri haqqında məlumatlar toplanıb. Bundan sonra axtarış aparılıb, sənədlər və çeklər ələ keçirilib. “Dövlətə xəyanət”də şübhəli bilinən 19 nəfər saxlanılıb, onlardan bəziləri etiraf edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər