11 Fevral 2022 11:21
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla KTMT-nin baş katibi Stanislav Zas arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub.

Qriqoryan vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında hələ Sovet İttifaqı dövründən sərhədlər bəllidir.

O deyib ki, Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il sazişinə uyğun olaraq, tərəflər bu sərhədləri tanıyıb, sazişi öz parlamentlərində ratifikasiya edib.

Telefon danışığı zamanı tərəflər Ermənistanın KTMT-yə sədrliyi ilə bağlı məsələləri də müzakirə ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər