14 Fevral 2022 16:53
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistana 100 620 doza “Pfizer” peyvəndi gətirilib.

Teleqraf.com xəbər verir ki, peyvənd Ermənistan Səhiyyə Nazirliyi ilə ABŞ-ın “Pfizer” əczaçılıq şirkəti arasında imzalanmış müqaviləyə əsasən ölkəyə çatdırılıb.

Ermənistan Səhiyyə Nazirliyi yaydığı açıqlamada bildirib ki, “Pfizer” peyvəndi ölkədə mövcud olan digər vaksinlər kimi ilkin səhiyyə mərkəzlərində və səyyar peyvənd mərkəzlərində olacaq.

Qeyd edək ki, indiyədək Ermənistanda COVID-19-a qarşı “Moderna”, “Oxford/AstraZeneca”, “Sinopharm/Beijing”, “Sinovac” və “Sputnik V” vaksinlərinin istifadəsi təsdiqlənmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər