Ermənistan prezidenti səlahiyyətlərini icra edən Alen Simonyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi Arayik Arutyunyanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, Baş nazirin təklifi ilə Arayik Arutyunyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
General-mayor Arayik Arutyunyan 2021-ci ilin avqustunda vəzifəyə təyin edilib.