İrəvanda AVRONEST-in komissiyasının keçirildiyi Dəmirçyan adına idman və konsert kompleksində etiraz aksiyası keçirilir.
Teleqraf.com xəbər verir ki, aksiyanı Daşnaksütyunun gənclər təşkilatı keçirir.
Aksiya iştirakçıları Azərbaycanın “ermənifobik addımlarına” heç bir reaksiya vermədiklərinə görə Avropa nümayəndə heyətlərinin nümayəndələrinə öz etirazlarını və hiddətlərini bildirirlər.
Xatırladaq ki, azərbaycanlı deputatlar AVRONEST Parlament Assambleyasının Büro və komissiyalarının iclaslarında iştirak etmək üçün dünən İrəvana gediblər.
Qəribədir ki, aksiyanı gənc “millətçilər” təşkil etsə də, çıxışçıların əksəriyyəti orta yaşlı insanlardır.