22 Fevral 2022 17:49
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hökumətin mətbuat xidmətinin məlumatına görə, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Respublikası prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan və Milli Assambleyanın sədri vəzifəsini icra edən Akop Arşakyan da iştirak edib.

Təhlükəsizlik Şurasının sessiyasında Ermənistanın üzləşdiyi problemlərin aradan qaldırılması və beynəlxalq aləmdə gedən proseslərlə bağlı məsələlər müzakirə edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər