Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Artak Davtyan istefaya göndərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Sui-istifadədə və silah təchizatında yanlışlığa yol verməkdə ittiham olunan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan istefaya göndərilib”, – deyə Ermənistan Prezidentinin mətbuat xidmətindən bildirilib.