Moskvada Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Suren Papikyan arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə hərbi sahədə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Şoyqu erməni həmkarına ölkəsinin KTMT sədri kimi Qazaxıstanda baş verən hadisələr zaman göstərdiyi köməyə təşəkkürünü bildirib.
Papikyan isə çıxışında Ermənistanla Rusiya arasında hərbi əməkdaşlığın möhkəmləmdiriləcəyini söyləyib: “Sizi əmin edə bilərəm ki, mən Ermənistan-Rusiya müdafiə sahəsində əməkdaşlığının daha da inkişafı üçün mümkün olan hər şeyi edəcəyəm”.