Ermənistan parlamenti ikinci turda gizli səsvermə yolu ilə Vaaqn Xaçaturyanı Ermənistan prezidenti seçib.
Teleqraf.com xəbər verir ki, seçkilərin ikinci turunda parlamentin 107 deputatından 71-i iştirak edib. Deputatların hamısı səs verib.
“Ermənistan” və “Şərəfim var” fraksiyaları prezident seçkiləri ilə bağlı məsələnin müzakirəsində və səsvermədə iştirak etməyiblər.
Vaaqn Xaçaturyanın namizədliyi “Mülki müqavilə” fraksiyasının deputatları tərəfindən irəli sürülmüşdü.