8 Mart 2022 14:37
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentdə prezident seçkilərini boykot etmiş “Ermənistan” və “Mənim şərəfim var” müxalifət fraksiyaları martın 13-də keçiriləcək Vaaqn Xaçaturyanın andiçmə mərasimində iştirak etmək niyyətində deyillər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, inauqurasiyadan dərhal sonra Xaçaturyan prezident iqamətgahına gedəcək. Orada onu yeni prezident kimi qarşılayacaqlar.

Ermənistan parlamenti martın 3-də ikinci turda Vaaqn Xaçaturyanı prezident seçib. Onun namizədliyinin lehinə 71 deputat – hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının bütün nümayəndələri səs verib. Müxalifət fraksiyaları öz namizədlərini irəli sürməyib və bu məsələ ilə bağlı müzakirələri boykot ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər