24 Mart 2022 12:40
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün tezliklə danışıqlara başlamalıdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, dünyada və regionda vəziyyət gərgindir: “Biz də bu gərginliyi azaltmaq və təməl həll variantlarını axtarıb tapmağa görə məsuliyyət daşıyırıq. Fikrimizcə, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”.

Baş nazir söyləyib ki, iki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də işlər sürətləndirilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər