ABŞ hökuməti 2023-cü ildə Ermənistana maliyyə yardımını azaltmaq və Qarabağdakı separatçılara maddi vəsait ayırmamaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsinin (ANCA) açıqlamasında deyilib.
“Ermənistana yardım üçün cəmi 24 milyon dolların ayrılması planlaşdırılır. Bu, bir neçə həftə əvvəl Konqres tərəfindən ayrılan və Prezident Co Bayden tərəfindən 2022-ci maliyyə ili üçün təsdiq ediləndən 21 milyon dollar azdır”, - ANCA-dan bildirilib.
ABŞ hökumətinin 2023-cü maliyyə ili büdcə tələbində Ermənistana 23.4 milyon xarici, 600 min dollar isə hərbi yardım nəzərdə tutulur.
Habelə Ermənistanda narkotiklərlə mübarizə və hüquq-mühafizə orqanlarının beynəlxalq xərclərinə 6 milyon dolların ayrılması planlaşdırılır.