3 May 2022 13:52
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 2-də ABŞ-a işgüzar səfərə gedən Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə hömsöhbətlər ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq və regional məsələlərə də toxunublar.

Mirzoyan Cənubi Qafqazdakı vəziyyət, Ermənistanın regional sülh və sabitliyin bərqərar olmasına yönəlmiş proseslərlə bağlı fəaliyyətini Blinkenə təqdim edib.

Qarabağ məsələsi də tərəflər arasınında müzakirə olunan mövzulardan biri olub.

Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi üzrə danışıqlara başlanması ilə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda, görüş zamanı Ermənistan və Azərbaycan arasında Sərhədlərin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının yaradılmasına dair anlaşmaların icrası məsələlərinə toxunulub.

Mirzoyan amerikalı həmsöhbətinə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesindəki gəlişmələr barədə də məlumat verib. Blinken qeyd edib ki, ABŞ Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına tam dəstək verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər