Bu gün Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda 40 etirazçı saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın rəsmi qurumları məlumat yayıb.
Məlumata görə, şəhərdə bir neçə küçə ilə yanaşı, Kiyan körpüsü və Baqramyan-Orbeli yolunun kəsişməsi bağlanıb.
Kiyan körpüsünün yük maşınları tərəfindən bağlanıldığı bildirilib.
Polisin müdaxiləsindən sonra paytaxtın bütün nəqliyyat qovşaqları açılıb.