6 May 2022 16:31
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müxalifətinin paytaxt İrəvanda keçirdiyi etiraz aksiyaları davam edir. Etirazçılar kiçik qruplar halında küçələri bağlayaraq, hərəkətə mane olmağa çalışırlar.

Teleqraf.com xəbər verir ki, yollar və küçələrdə hərəkətə mane olan bir sıra şəxslər polis tərəfindən saxlanılıb.

Saxlanılanlar arasında Ermənistanın keçmiş polis rəisi Valeri Osipyan da var.

Gün ərzində ümumilikdə 48 nəfərin saxlanıldığı bildirilib.

Məlumatda bildirilib ki, bu gün bütün şəhər üzrə aksiya keçirən müxalifətçilərin sayı 2000-2500 nəfərdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər