"Ermənistan müxalifətinin etirazlarının yeganə məqsədi baş nazir Nikol Paşinyanın istefasıdır və bizi başqa heç nə maraqlandırmır".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sarkisyan mətbuata açıqlamasında bildirib.
Sarkisyana görə, Paşinyanın və komandasının hakimiyyətdən uzaqlaşdırılması mütləq prioritetdir. “ Ermənilərin bu gün başqa vəzifəsi var – onları hakimiyyətdən uzaqlaşdırmaq və ciddi problemlərlə məşğul olmaq”, – müxalifətin piketinin keçirildiyi Fransa meydanına gələn Sarkisyan deyib.
Sarkisyanı “Mənim şərəfim var” seçki blokundakı həmkarı Artur Vanetsyan dəstəkləyib.
Qeyd edək ki, erməni müxalifəti hələ də Ermənistanın inkişafı üçün hər hansı proqramdan danışmırlar, sadəcə olaraq Nikol Paşinyanın hakimiyyətdən getməsini tələb edirlər.