Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin İrəvanda keçirdiyi etiraz aksiyalarında artıq 280-ə yaxın şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA-Novosti məlumat yayıb.
“Hazırda 277 nəfər polis şöbələrinə təhvil verilib”, - deyə polisdən bildiriblər.
Qeyd edək ki, bir gün əvvəl polis 417 etirazçının həbs olunduğunu elan etmişdi.
Mayın 18-də səhər saatlarında Ermənistan polisi etirazçıların itaətsizlik nümayiş etdirdiyi İrəvanda həbslərə başlayıb.