"9 may bizim üçün üçqat bayram idi. (Ermənilər 9 may tarixini faşizm üzərində qələbə, Şuşanın işğal günü və qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu Günü kimi qeyd edirdilər - red). Amma Paşinyanın hakimiyyəti dövründə qələbələrimiz sülh dilənçiliyi səviyyəsinə endirildi".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, Xocalı cəlladı Seyran Ohanyan İrəvandakı mitinqdə çıxışı zamanı deyib.
"Ermənistan hakimiyyətini ölkənin sərhədləri maraqlandırmır. Bu gün atılan bu addımları ancaq qorxaq hakimiyyətlər edərdi. 1992-93-cü illərdə Qarabağı azərbaycanlılardan almış polkovnikləri bu gün burada polislər təpikləyir, təhqir edirlər. Mən polkovnikə təpik vuran o polis mayoruna deyirəm. Hakimiyyətə gəlsək, ayağını dibindən qoparacağıq".