İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin ənənəvi yürüşü başlayıb.
Teleqraf.com xəbər verir ki, Ermənistan müxalifət fraksiyasından parlamentin sədr müavini İşxan Saqatelyan bildirib ki, cümə axşamı günortadan sonra keçirilən etiraz aksiyaları zamanı polisin kobud güc tətbiq etməsi qeydə alınmayıb.
Müxalifətin əsas tələbi ölkədə siyasi islahatlar aparmaq, Paşinyanın istefası və Qarabağdakı ermənilərə müstəqilliyin verilməsidir.