Monteneqro Prezidenti Milo Cukanoviç mayın 26-27-də Ermənistanda rəsmi səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
2017-ci ildən NATO-nun üzvü olan Monteneqro 2010-cu ildən Aİ üzvlüyünə namizəd ölkədir.
Milo Cukanoviç 1998-2003-cü illərdə Monteneqro Prezidenti olub və 2018-ci ildə yenidən seçilib.
Milo Cukanoviç müxtəlif illərdə altı dəfə Monteneqronun baş naziri olub.