8 İyun 2022 13:00
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan müxalifətin “Ermənistan” və “Mənim şərəfim var” bloklarından olan bir neçə deputat hökumət binası qarşısında etiraz aksiyası keçirib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, hökumət binasının qarşısına polis qüvvələri cəlb edilib.

“Mənim şərəfim var” müxalifət blokunun parlament fraksiyasının katibi Hayk Mamicanyanın sözlərinə görə, hazırda “Armenia Marriott” otelində beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdiyi məhkəmə sistemində islahatlara həsr olunmuş tədbir keçirilir.

Lakin müxalif blokların nümayəndələri görüşə dəvət edilməyib.

“Mən və həmkarlarım tədbirdə iştirak etmək və Ermənistanın məhkəmə sistemindəki real vəziyyəti təqdim etmək istəyimizi bildirdik. Siyasi baxışlarına, eləcə də polis zorakılığına görə həbsə atılan insanların taleyini müzakirə etmək istədik”, - deyə müxalifətçi bildirib.


Müəllif: Nemət