13 İyun 2022 22:24
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidəki separatçı rejimin “parlament sədri” Artur Tovmasyan Fransaya gedib.

Teleqraf.com xəbər verir ki, Tovmasyan Parisdə separatçıların Fransanın paytaxtındakı “daimi nümayəndə”si Avanes Qorqyanla görüşüb.

Görüşdə 44 günlük müharibə zamanı Fransa hökumətinin separatçılara yardımını və bunun davam etdirilməsini müzakirə ediblər.

Separatçı Fransanın siyasi dairələrinin və bu ölkədəki erməni icmasının nümayəndələri ilə də görüşəcək.

Tovmasyan bu yaxınlarda Livan və Cənubi Kiprdə də olub.

Qeyd: bu, erməni separatçılarının Fransaya ilk belə səfərləri deyil. Bundan əvvəl də Fransaya üz tutan separatçılar orada fransız siyasətçiləri tərəfindən ən yüksək şəkildə qəbul edilib. Ermənilərin Azərbaycan ərazilərindəki separatçı və terrorçu fəaliyyətlərinə həmişə göz yuman Fransanın bu dəfəki səfəri də sükut içində qarşılaması təəccüb yaratmır.


Müəllif: Mənsur Rəğbətoğlu