21 İyun 2022 10:57
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki aya yaxın Baş nazir Nikol Paşinyana qarşı keçirilən mitinqlərin təşkilatçılarından biri, parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan hərəkatdan çıxmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşr xatırladıb ki, ilk olaraq Paşinyana qarşı mübarizəyə başlayan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri general Artur Vanetsyan olub.

“Müqavimət hərəkatı bir ay yarımlıq mübarizədən sonra “Fransa” meydanından çəkildi və başlanğıc mövqeyə qayıtdı. Əldə etdiyimiz məlumata görə, mübarizənin son mərhələsində iştirak etməyən Artur Vanetsyan müqavimət hərəkatından ayrılmaq qərarına gəlib. O, bu gün məsələ ilə ələqədar açıqlama verəcək. Vanetsyanın mandat məsələsinə toxunacağı və istefasını açıqlayacağı da istisna edilmir”, - qəzet bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu