30 İyun 2022 11:39
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Ermənistana yeni təyin olunmuş səfiri Yoel Lion Prezident Vaaqn Xaçaturyana etimadnaməsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xaçaturyan səfiri təbrik edib və ona məsul işində uğurlar arzulayıb.

Lion isə deyib ki, Ermənistan-İsrail əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi üçün hər cür səy göstərəcək.


Müəllif: Mənsur Rəğbətoğlu