30 İyun 2022 12:40
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada Xarici İşlər naziri Melani Coli ölkəsinin Mərkəzi və Şərqi Avropa, eləcə də Cənubi Qafqazda diplomatik mövcudluğunu və fəaliyyətini genişləndirəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.

Kanada bu planına uyğun olaraq, Ermənistanda səfirlik açacaq.

“Kanada Ermənistanda daimi səfiri olan tamhüquqlu səfirlik açacaq. Bu, ikitərəfli əlaqələri gücləndirəcək və Kanadanın Ermənistan demokratiyasına dəstəyini artıracaq”, - açıqlamada bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu