4 İyul 2022 12:25
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Xarici İşlər Nazirliyinin Qərb ölkələri üzrə katibi Sanjay Verma İrəvana səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfərin məqsədi ticarət, iqtisadiyyat, texnologiya, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq üzrə Ermənistan-Hindistan hökumətlərarası komissiyasının 8-ci iclasında iştirak etməkdir.

Hindistanlı diplomat səfəri çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla təkbətək görüşüb.

Vermanın hökumətlərarası komissiyanın iclasında iştirakı planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu