4 İyul 2022 12:01
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentindəki “Hayastan” fraksiyasının deputatı Artur Qazinyan mandatından imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazinyanın özü məlumat verib.

“Deputat mandatımdan imtina etmək qərarına gəldim. Hesab edirəm ki, bu, indiki şəraitdə ən düzgün və əsaslandırılmış qərardır”, - fraksiya üzvü bildirib.

Qazinyan atdığı addımın səbəbini açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl sözügedən fraksiyanın rəhbəri Artur Vanetsyan da öz mandatından imtina etmişdi.

Müxalifətdəki “Hayastan” blokunun lideri sabiq prezident Robert Köçəryandır.


Müəllif: Mənsur Rəğbətoğlu