6 İyul 2022 11:20
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani erməni həmkarı Armen Qriqoryanın dəvəti ilə iyulun 7-də Ermənistana gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

İşgüzar səfər çərçivəsində Baş nazir Nikol Paşinyanla görüş, eləcə də iki ölkənin Təhlükəsizlik Şurasının katibləri arasında müzakirələr nəzərdə tutulub.


Müəllif: Mənsur Rəğbətoğlu