15 İyul 2022 23:37
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsü qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.

Tərəflər beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri və terrorla mübarizəni müzakirə ediblər.

Paşinyan və Börns Cənubi Qafqazda baş verən proseslərə dair də fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com