18 İyul 2022 00:32
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın evinə bomba qoyulması barədə ölkə polisinə məlumat daxil olub.

Teleqraf.com-un məlumatına görə, bu məlumatı sabiq prezidentin mətbuat katibi Arman Musinyan təsdiqləyib.

Bildirilib ki, hadisə yerinə polis əməkdaşları, istehkamçılar və kinoloqlar gəlib, Levon Ter-Petrosyanın evi mühasirəyə alınıb.

Ermənistanın birinci prezidentin evindəki bomba siqnalının yalan olduğu məlum oldu. Yoxlama nəticəsində heç bir təhlükəli əşya aşkar edilməyib.


Müəllif: Teleqraf.com