26 İyul 2022 01:28
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Blinken tviter hesabında yazıb.

“Nikol Paşinyanla Ermənistan və Azərbaycanın regionda sülhə nail olmaq üçün tarixi imkanları haqqında yaxşı müzakirə oldu. Ermənistana Azərbaycan və Türkiyə ilə irəliyə doğru atdığı müsbət addımlara görə təşəkkür edirəm. Regionda yerləşən ölkələr arasında müzakirələr Cənubi Qafqazda davamlı sülhün açarıdır”, - Blinken tviter hesabında yazıb.


Müəllif: Teleqraf.com