27 İyul 2022 00:56
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 17-də 2-ci dərəcəli termiki yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına yerləşdirilən erməni əsgər Palyan Poqosyan ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Yanıq Mərkəzinin Reanimasiya şöbəsindən “NEWS.am”a bildirilib.

Məlumata görə, bazada yanıq xəsarətləri alan çağırışçı Palyan Poqosyan dünyasını dəyişib.

Xatırladaq ki, hadisə iyulun 17-də baş verib. N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu sıravi əsgər Palyan Poqosyanın 2-ci dərəcəli termiki yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına yerləşdirilib.

Amma Ermənistanın Müdafiə Nazirliyi məlumatı iyulun 25-də açıqlayıb.


Müəllif: Teleqraf.com