28 İyul 2022 23:12
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda işgüzar səfərdə olan Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Qeyd edək ki, iyulun 16-da Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutub. Bu, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ilk ikitərəfli görüşdür


Müəllif: Teleqraf.com