31 İyul 2022 19:35
1 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda vaxtilə Qarabağda xidmət etmiş hərbi hissə komandiri polkovnik Sevak Abramyan müharibədən bir gün öncə - 2020-ci il 26 sentyabr gecəsi kef məclisi quraraq cəbhə xəttini müdafiəsiz qoymaqda ittiham olunur.

Teleqraf.com "news.am"a istinadən xəbər verir ki, istintaqa görə, guya Azərbaycan tərəfi erməni komandirin bu məclisindən istifadə edərək bir neçə saat sonra - sentyabrın 27-i səhəri hücuma keçib.

Bildirilir ki, Talış və Suqovşan istiqamətlərindəki "müdafiə"yə cavabdeh olan Sevak Abramyanın kef məclisində 100-ə yaxın zabit iştirak ediblər.

"Sevak Abramyan və digərləri fəaliyyətsizlik nümayiş etdirib, nəticədə Azərbaycan tərəfi müdafiə xəttini yarıb bir neçə saat ərzində arxa cəbhələrə daxil ola bilib. Həmin şəraitdə Ermənistan tərəfinin müdafiəyə davam edə bilməməsi Azərbaycan tərəfinin dominant yüksəklikləri və komanda müşahidə məntəqələrini ələ keçirərək müdafiənin dərinliyinə doğru irəliləyərək hərbi hissənin şəxsi heyətini geri çəkilməyə məcbur edib", deyə ittihamda qeyd olunur.

Amma erməni komandirin vəkili Hovhannes Vardanyan bildirib ki, müharibədən saatlar öncə qurulan məclis zabitləri ruhlandırmaq məqsədi daşıyıb: "Onlar sərxoş olmayıblar. Məclisdən dərhal sonra Talış və Suqovşandakı mövqelərə qayıdıblar"


Müəllif: Teleqraf.com