Ermənistan parlamentindəki müxalif “Hayastan” fraksiyası imza toplamağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bütün 153 üzvün razılığı alınsa, fraksiya deputat mandatlarından imtina edəcək.
“Hayastan” fraksiyasının üzvü Geqam Manukyan nəşrin müvafiq sualına cavab verməkdən imtina edib.
Hələlik “Hayastan”ın yalnız bir qanadı buna razılıq verib.