ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını bəzi yerlərdə bomba yerləşdirilməsi ilə bağlı xəbərlər fonunda Yerevanda bir sıra yerlərə getməməyə çağırıb.
Teleqraf.com erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə səfirliyin saytındakı məlumat deyilir.
"Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda fövqəladə hallar xidmətləri Zvartnots hava limanında, bütün metro stansiyalarında, meriya və Milli Assambleyada bomba təhlükəsi ilə bağlı araşdırma aparır. Xahiş edirik ki, bu yerlərdən qaçın və gələcək xəbərlər üçün bizi izləyin", - deyə məlumat bildirilir.