“Artıq İranın Qafana baş konsulu təyin edilib. Həmin şəxs Abedin Varamindir”.
Teleqraf.com xəbər verir ki, bu barədə İran parlamentinin erməni deputatı Robert Beqlaryan məlumat verib.
Onun sözlərinə görə, konsul İrəvandadır və artıq görüşlər keçirib.
Beqlaryan təəssüflə qeyd edib ki, bürokratik problemlərə görə konsulun dərhal işə başlaması prosesi bir qədər yubanır:
“Bildiyimə görə, baş konsulluğun yerləşəcəyi ərazi və ya bina hələ hazır deyil".
Ötən aylarda İranın Qafandakı (Zəngəzur) baş konsulluğunun il ərzində açılacağı məlumat yayılmışdı.