13 Avqust 2022 17:13
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş Prokurorluğu Azərbaycanla 44 günlük müharibəyə görə Baş nazir Nikol Paşinyana cinayət işi açmaqdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə parlamentdəki “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyan açıqlama verib.

Manukyan bildirib ki, Baş Prokurorluq ona göndərdiyi rəsmi məktubunda Paşinyanın “vətənə xəyanət”də şübhəli bilinmədiyini qeyd edib.

Deputat prokurorluqdan aldığı cavabın mətnini sosial şəbəkədə yayımlayıb.

Qurumun cavabında bildirilib:

“2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində “Vətənə xəyanət” maddəsi ilə heç bir cinayət işi açılmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər