15 Avqust 08:00
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha iki nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan “Facebook” səhifəsində məlumat verib.

Bununla da hadisə nəticsəində ölənlərin sayı 5 nəfər olub.

Ermənistan Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, 17 nəfər hələ də itkin düşmüş hesab olunur.

Hadisə ilə bağlı cinayət işi açılıb.

14.08.2022

22:23

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 60 nəfərə çatıb, 3 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.

17:57

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” ticarət mərkəzində partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Departamentin mətbuat katibi Hayk Kostanyan partlayışdan sonra ticarət mərkəzində yanğın baş verdiyi üçün hazırda yanğınsöndürmə qruplarının hadisə yerində olduğunu qeyd edib.

“Yanğına “2 nömrəli” artan çətinlik dərəcəsi verilib. Daxili İşlər Nazirliyinin İrəvan Şəhər Xilasetmə İdarəsinin xilasetmə hissəsinin 6 yanğınsöndürən-xilasetmə qrupu həmin yerə yola düşüb”, - deyə bildirilib.

Hadisə nəticəsində xəsarət alanların sayı 51 nəfərə yüksəlib.

***
15:05
Ermənistanın paytaxtı İrəvanda topdansatış ticarət mərkəzində güclü partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində azı 1 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

İlkin məlumata əsasən, ticarət mərkəzində yanğın başlayıb, daha sonra isə partlayıcı maddələrin olduğu anbarda partlayış baş verib. Anbarın üç mərtəbəli binası çöküb.

Hadisə yerinə çox sayda xilasedici cəlb olunub.

***
14:30
Ermənistanda partlayış hadisəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, hadisə İrəvanda yerləşən “Surmalu” ticarət mərkəzində baş verib.

Partlayış zamanı xeyli sayda insan dağıntılar altında qalaaq xəsarət alıxeyli insan qalıb.

Hadisədən sonra ticarət mərkəzində yanğın başlayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi, yaralıların dəqiq sayı açıqlanmır. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Vətəndaşlara ikinci partlayış təhlükəsi barədə xəbərdarlıq edilib.


Müəllif: Teleqraf.com