Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölənlərdən 9-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.
Avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın olub. Hadisə nəticəsində daha 62 nəfər yaralanıb.
Hadisə pirotexnik məhsulların mağazasında baş verib.