22 Avqust 2022 00:58
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Sünik vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, ararat rayon sakini, 29 yaşlı Fəhrad Akopyan idarə etdiyi “Opel Astra” markalı avtomobili Qafan şəhərində hələ dəqiqləşdirilməmiş şəraitdə idarə edərkən qarşıdan gələn zolağa çıxaraq beton maneəyə sonra ağaca çırpılıb.

Qəza nəticəsində Akopyan və onun 37 yaşlı sərnişini, həmçinin Ararat rayon sakini Suren Pirumyan Qafan tibb mərkəzinə yerləşdirilib, digər sərnişin 28 yaşlı Ararat rayon sakini Razmik Akopyan isə hadisə yerində ölüb.

Hər iki şəxs Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər