“Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətini gücləndirmək üçün hərəkətə keçib”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Nəşrin məlumatına görə, baş nazir Edmon Marukyan, Qagik Sarukyan və s. kimi müxalif siyasətçilərlə danışıqlara başlayıb:
“Mümkün siyasi proseslər və ya hərəkətli payız ərəfəsində Nikol Paşinyan hakimiyyətini sığortalamaq üçün hərəkətə keçib.
Paşinyanın hakimiyyətdə dəyişikliyə hazırlaşdığına dair məlumat var. O, küçələrdə yenidən aktivliyin yaranacağını və bunun hakimiyyəti üçün cüzi təhlükə yaradacağı zaman bəzi nazirlərin və hökumət üzvlərinin istefaya getməsinin cəmiyyətin narazılığına səbəb olacağını ehtimal edir. Paşinyan kompromis hökumətinin formalaşdırılması üzərində düşünür və mümkün addımları nəzərdən keçirir.
Əldə etdiyimiz məlumata görə, mümkün partnyorlar arasında xarici işlər naziri vəzifəsinə iddialı olan “Maariflənmiş Ermənistan” partiyasının sədri Edmon Marukyan, baş nazirin müavini vəzifəsinə iddialı iqtisadiyyat naziri Aram Sərkisyan var.
“Çiçəklənən Ermənistan” Partiyası ilə də danışıqlar gedir. Amma partiya lideri Qagik Sarukyanı inandırmaq çətindir. Bununla belə, ümid edirlər ki, sonda anlaşma mümkün olacaq”.