25 Avqust 2022 16:26
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin notasına müəyyən olunmuş qaydada cavab verib.

Teleqraf.com xəbər verir ki, bunu XİN-in sözçüsü Vaqn Hunanyan deyib.

Amma o, notanın məzmununu açıqlamayıb.

“Notanın məzmunu daxili diplomatik yazışmaların bir hissəsidir, ona görə də biz onun yayımlanmasını düzgün hesab etmirik”, - Hunanyan bildirib.

Ermənistanın bəzi siyasi qurumları və mediası bir neçə gün əvvəl İrəvandakı ticarət mərkəzində baş verən partlayışa görə Rusiyanı ittiham ediblər. Bundan sonra İrəvandakı səfirlik anti-Rusiya xarakterli ittihamlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinə nota verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər