Xankəndidəki separatçı qüvvələrin keçmiş “komandan”ı Mikael Arzumanyana qarşı irəli sürülən ittihamlar bəlli olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
O, xidməti vəzifəyə səhlənkar münasibətdə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittiham olunur.
Arzumanyanın Xankəndidən İrəvana gedərkən saxlanılıb. General Arzumanyan bölgədəki separatçı qüvvələrin “komandan”ı və “müdafiə naziri” olub. Eyni zamanda, erməni mətbuatı onu separatçıların başçısı Araik Arutyunyanın “müşaviri” kimi təqdim edir.