Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə hökumətin növbəti iclası keçirilir.
Teleqraf.com xəbər verir ki, iclasın gündəliyinə 25 məsələ daxildir, bunlardan 22-si barədə məlumat verilmir.
Ermənistanın bir sıra media qurumları gizli saxlanılan məsələləri aydınlaşdırmaq istəsələr də, bu səyləri nəticə verməyib.
Həmin məsələlərin Ermənistan-Azərbaycan münasibətlərinə aid olduğu istisna edilmir. Bunun dünən Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş görüşdən sonraya təsadüf etməsi bəzi yerli siyasi çevrələrdə müzakirələrə səbəb olub.