Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan qeyri-müəyyən müddətə Varşava hava limanında qalıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.
“İnanmazsınız, amma Varşavadan Cenevrəyə uçan təyyarəyə gecikdim, qeyri-müəyyən müddətə qədər Varşava hava limanında qaldım.
Keçid qapısının önündə dayanmış kişi mənə çox sərt tonda dedi: “Təyyarənin qapıları bağlıdır, gedə bilməzsən”.
Mən də ora öz həyatım haqda danışmağa gəlməmişdim”, - Akopyan qeyd edib.