7 Sentyabr 2022 14:31
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvan Moskva ilə əməkdaşlığa görə Qərb dövlətlərinin ikinci dərəcəli sanksiyalarından qorxmur, qorxmaq yox, yeni imkanlar yaratmaq üzərində işləmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Qorxmaq çox faydalı davranış deyil. Biz ortaya çıxan təhlükələri idarə və yeni imkanların açılmasını təmin etmək üçün çalışmalıyıq. Bu gün biz bunu edirik”, - baş nazir bildirib.

Paşinyan əlavə edib ki, Rusiya ilə ərzaq və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Ermənistan üçün xüsusilə vacibdir:

“Ermənistan üçün bunun öhdəsindən təkbaşına gəlmək çox çətin olardı”.

Bu gün Vladivostokda 7-ci Şərq İqtisadi Forumu keçirilir. Paşinyan da bu məqsədlə Rusiyaya gedib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər