13 Sentyabr 2022 03:39
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Paşinyan Maktona Azərbaycanla sərhəddəki vəziyyət barədə məlumat verib.

Prezident Makron gərginliyin daha da artmasını qəbuledilməz hesab edib və vəziyyətin yumşaldılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, sentyabrın 13-də gecə Ermənistan ordusu təxribata əl ataraq Azərbaycanın mövqelərinə silahlı hücum edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər