Bu gün səhər saatlarından Ermənistan parlamentinin binasına çox sayda polis gətirilib. Onlar Dəmirçyan küçəsinin girişini bağlayıblar. Güman edilir ki, bu yolla deputatların binaya maneəsiz hərəkətini təmin edirlər.
Teleqraf.com xəbər verir ki, bu badərə Ermənistan mediası məlumat yayıb.
Ehtimal edilir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə dünənki etiraz aksiyası davam edəcək.
Xatırladaq ki, dünən bir qrup vətəndaş Baqramyan prospektini bağlayaraq Nikol Paşinyanın istefasını tələb edərək etiraz aksiyası keçiriblər.
Qeyd olunur ki, hazırda Ermənistan parlamentinin binası yaxınlığında insanların toplanması müşahidə olunur.