15 Sentyabr 2022 22:38
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Nensi Pelosi yaxın günlərdə Ermənistana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Pelosi sentyabrın 18-də İrəvana gələcək. O, baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslərlə görüşəcək.

Pelosini səfərdə konqresmen Ceki Speyer müşayiət edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər